Gürcüstanda keçirilən Parlament Seçkilərinin nəticələrini tanımayan müxalifət partiyaları növbəti mitinqin tarixini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Güclü Gürcüstan”ın liderlərindən olan Anna Dolidze birgə mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.
Bildirilib ki, noyabrın 4-də saat 19:00-da Gürcüstan Prezidentinin Nizamnaməsini imzalayan partiyalar Tbilisinin Rustaveli prospektində seçkilərin nəticələrinin ləğvi tələbi ilə aksiya keçirəcəklər.
Gürcüstan KİV-i xəbər verir ki, bu qərar “Güclü Gürcüstan” koalisiyasının ofisində müxalifət partiyalarının birgə məsləhətləşmələrindən sonra qəbul edilib.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb və ötən gün baş tutan aksiyada özü də iştirak edib.
Bizim.Media