İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ölənlərin sayı 155-i ötüb.
Bizim.Media xəbər verir ki, bölgədə evlər su altında qalıb, nəqliyyat infrastrukturu iflic olub.
Madrid istiqamətində qatar səfərləri 15 gün müddətinə təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyada baş verən daşqınlarla əlaqədar olaraq, İspaniya hökumətinin sədri Pedro Sançezə başsağlığı verib.
Daşqınla əlaqədar ölkədə 3 günlük matəm elan edilib.
Bizim.Media