Amerikalı milyarder: Dron müharibəsi hamını tanklardan, artilleriyadan vaz keçməyə məcbur edəcək

Amerikalı milyarder: Dron müharibəsi hamını tanklardan, artilleriyadan vaz keçməyə məcbur edəcək

Hazırda oxunan: Amerikalı milyarder: Dron müharibəsi hamını tanklardan, artilleriyadan vaz keçməyə məcbur edəcək

218651

Aşağı istehsal qiyməti və avtomatlaşdırılmış pilotsuz zərbə sistemlərinin yüksək səmərəliliyi tezliklə ənənəvi döyüş vasitələrini, o cümlədən tankları və artilleriyanı kölgədə qoyacaq.

Bizim.Media “Business Insider” portalına istinadla xəbər verir ki, bu fikri amerikalı milyarder və ”Google” korporasiyasının direktorlar şurasının sabiq sədri Erik Şmidt səsləndirib.

“Dron müharibəsi sonda hamını tanklardan, artilleriyadan və minaatanlardan vaz keçməyə məcbur edəcək. ABŞ-ın minlərlə tankı var, onların yerinə PUA-lar alın. Pilotsuz uçuş vasitələri ilə döyüş taktikasına baxsanız, onun hər gün dəyişdiyinin şahidi olacaqsınız”, - deyə sahibkar bildirib.

Onun sözlərinə görə, dünyadakı çoxsaylı tanklar indi praktiki olaraq yararsızdır. Döyüş meydanında 5 min dollarlıq PUA 5 milyon dollara başa gələn tankı asanlıqla məhv edə bilir.

Nəşr qeyd edir ki, pilotsuz uçuş aparatları Ukraynada döyüş əməliyyatlarının xarakterini tamamilə dəyişib. Burada ucuz FPV dronlar həm canlı qüvvəni, həm də texnikanı effektiv məhv etmək üçün dominant vasitəyə çevrilib. Lakin indiyədək bütün münaqişələrdə ənənəvi döyüş vasitələrindən geniş istifadə olunur. Hərb meydanında aparıcı rol isə hələ də artilleriya vasitələrinə aiddir. Sahibkar deyib ki, dronların və süni intellekt texnologiyalarının gələcək inkişafı bu vəziyyəti tamamilə dəyişəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO