İsrailin əks-kəşfiyyatı (Şin Bet) İsrail polisi ilə birlikdə strateji obyektlər, milli infrastruktur haqqında məlumat toplamaq əmrini yerinə yetirən, bir alimi izləyən ər-arvadı saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Məlumata görə, Baş Təhlükəsizlik Xidməti və LAHAV-433 kibercinayətkarlıq idarəsinin birgə əməliyyatı zamanı iranlı agentlərin şəbəkəsinin üstü açılıb. Şəbəkənin əsas məqsədi israilliləri öz tərəflərinə çəkmək və onların hərkətlərini koordinasiya etmək olub.
Əməliyyat nəticəsində Lod şəhərinin 32 yaşlı sakinləri Rafael və Lalə Quliyevlər həbs edilib. Onlar İran şəbəkəsinin tapşırıqlarını yerinə yetirməkdə şübhəli bilinirlər. Funksiyaları isə Qafqaz əsilli israilliləri öz sıralarına qatmaq olub.
İstintaq müəyyən edib ki, Rafael Quliyev İran xüsusi xidmət orqanlarının göstərişi ilə fəaliyyət göstərən 56 yaşlı azərbaycanlı Elxan Aqiyev tərəfindən casusluq etmək üçün "ələ alınıb".
Onun nəzarəti altında Quliyev əsas təhlükəsizlik obyektləri, o cümlədən "Mossad"ın qərargahı haqqında məlumat toplayıb və İranın aradan qaldırmağı planlaşdırdığı Milli Təhlükəsizlik İnstitutunun (INSS) əməkdaşına nəzarət edib.
Quliyevə qətli törədən şəxsin tapılması da tapşırılıb. O, bəzi tapşırıqları həyat yoldaşı Lalə xanımın dəstəyi ilə həyata keçirib.
"Şin Bet"in yüksək səviyyəli mənbəsi vurğulayıb ki, bu həbslər son həftələrdə İran kəşfiyyatının nəzarəti altında işləyən İsrail vətəndaşlarının həbsi ilə nəticələnən ifşalar silsiləsini tamamlayır.
Xatırladaq ki, Azərbaycandan gələn və İranın xeyrinə casusluqda şübhəli bilinən 7 yəhudi mühacir bir neçə gün əvvəl İsraildə həbs edilib.
İsrail əks-kəşfiyyatının məlumatına görə, agentlərin cinayətkar fəaliyyəti iki ilə yaxın davam edib. Bu müddət ərzində pul qarşılığında 600 tapşırıq yerinə yetirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:55 / 31.10.2024
İsraildə İrana casusluq edən iki azərbaycanlı TUTULDU
Hazırda oxunan: İsraildə İrana casusluq edən iki azərbaycanlı TUTULDU
Hazırda oxunan: İsraildə İrana casusluq edən iki azərbaycanlı TUTULDU
218639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.