İspaniya kubokunun 1/64 final mərhələsinin 2 oyunu təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) məlumat yayıb.
Görüşlər Valensiyadakı daşqın səbəbindən təxirə salınıb.
Bu gün “Valensiya” səfərdə “Parla”, “Levante” isə “Pontevedra” ilə qarşılaşmalı idi. Artıq oyunlar müvafiq olaraq noyabrın 6 və 7-nə planlaşdırılıb.
Qeyd edək ki, Valensiyada güclü yağış və daşqın səbəbindən təhlükə elan edilib. Hazırkı məlumatlara görə, Valensiyada 51 nəfər ölüb.
Bizim.Media