İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var?

İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var?

Hazırda oxunan: İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var?

218535

"İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bizim.Media xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb.

Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində azı 70 nəfər həyatını itirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO