Gürcüstan Prezidenti Salome Zurabişvili prokurorluğa çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Mənbə qeyd edir ki, Zurabişvili oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı verdiyi açıqlamalarına görə dindiriləcək.
Xatırladaq ki, seçkilərdə Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb.
Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımayıb.
Bizim.Media