Rusiyanın Finlandiyadakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, notada Finlandiya hakimiyyətinin hərəkətlərinə kəskin etiraz ifadə olunub.
“Səfirlik Finlandiyada Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Oktyabrın 29-da Finlandiyanın Məhkəmə İcraçıları Xidmətinə xidmətin məhdudlaşdırıcı tədbirlər gördüyü 40-dan çox obyektin siyahısı daxil olub. Bütün qeyd olunan daşınmaz əmlak Rusiya Federasiyasına məxsusdur.
Ümid edirik ki, Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacaq”, - məlumatda qeyd olunub.
Bizim.Media