Bu gün Gürcüstanda dairə seçki komissiyaları hər bir dairə üzrə beş seçki məntəqəsində bülletenləri yenidən hesablayacaq
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstanın Mərkəzi Seçki Komissiyası yayıb.
Mənbə qeyd edib ki, sözügedən məntəqələr püşkatma yolu ilə təyin edilib.
Xatırladaq ki, oktyabrın 26-da baş tutan parlament seçkilərində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb. Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib.
Oktyabrın 28-də isə Tbilisidə parlament binası önündə Zurabişvilinin iştirakı ilə seçkilərin nəticələrinə qarşı etiraz aksiyası keçirilib.
Bizim.Media