Bu gün Türkiyənin Cümhuriyyət bayramıdır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyətin 101 illiyini qeyd etmək üçün ölkənin 81 vilayətində türk vətəndaşları bayrama hazırlaşırlar.
Xatırladaq ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 101-ci ildönümüdür. Həmin gün Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası – Anayasa qəbul olundu, Osmanlı dönəminə rəsmən nöqtə qoyuldu.
Mustafa Kamal ölkənin bölünməzliyini və möhkəmlənməsini təmin etdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. Ümumilikdə dörd (1923, 1927, 1931, 1935) dəfə prezident seçilib.
Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunu iki qardaş ölkənin liderləri hər zaman xüsusi vurğulayırlar. Bunun ən bariz ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə birliyi oldu. 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsi isə bu birliyə tarixdə əbədi qalacaq möhür vurdu.
Bizim.Media