Medvedev: “Zurabişvilinin hərəkətlərinin nəticəsi vəzifədən uzaqlaşdırılma və həbsdir” - FOTO

Medvedev: “Zurabişvilinin hərəkətlərinin nəticəsi vəzifədən uzaqlaşdırılma və həbsdir” - FOTO

Hazırda oxunan: Medvedev: “Zurabişvilinin hərəkətlərinin nəticəsi vəzifədən uzaqlaşdırılma və həbsdir” - FOTO

218212

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Gürcüstan prezidenti Salome Zurabişvilinin həbs edilməli olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Medvedev özünün “X” hesabında qeyd edib.
 

“Gürcüstanın marionet prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina edib və dövlət çevrilişinə çağırış edərək konstitusiyaya zidd addım atıb.


Belə hallarda isə standart təcrübə vəzifədən uzaqlaşdırılma və həbsdir”, - o bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb. O, ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO