ABŞ-ın ən varlı insanları seçkilərdə Trampı dəstəkləyir

ABŞ-ın ən varlı insanları seçkilərdə Trampı dəstəkləyir

Hazırda oxunan: ABŞ-ın ən varlı insanları seçkilərdə Trampı dəstəkləyir

218135

Birləşmiş Ştatların ən varlı insanları Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyir.

Bizim.Media “Financial Times” nəşrinə istinadən xəbər verir ki, Trampın seçkiqabağı kampaniyası zamanı toplanan 1,7 milyard dollarlıq ümumi ianənin təxminən üçdəbiri (566 milyon dollar) milyarderlərdən gəlib.

Demokratlar Partiyasının namizədi Kamala Harrisin topladığı müvafiq ianə isə cəmi 6 faiz təşkil edib. Bununla belə, onun aktivində artıq 2,2 milyard dollar vəsait var.
 

Qəzetin məlumatına görə, “Forbes”in siyahısında olan 800-ə yaxın amerikalı milyarderdən 144-ü “2024-cü il seçkilərinə təsir göstərmək üçün öz sərvətindən istifadə edir”.


Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO