Türkiyədə İŞİD terror təşkilatının 216 üzvü tutuldu

Türkiyədə İŞİD terror təşkilatının 216 üzvü tutuldu

Hazırda oxunan: Türkiyədə İŞİD terror təşkilatının 216 üzvü tutuldu

218124

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 216 nəfərin saxlanıldığı növbəti genişmiqyaslı əməliyyat barədə məlumatı açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazir sosial şəbəkələrdə “Gürz-23” kod adlı əməliyyat çərçivəsində Türkiyənin 45 vilayətində, o cümlədən Ankara, Antalya, İstanbul, Ərzurum, İzmir və Kayseridə həbslər aparıldığını yazıb.

Əməliyyat prokurorluq və kəşfiyyat orqanları ilə razılaşdırılıb. Saxlanılan şəxslər terror təşkilatının fəaliyyətində iştirakda və onların maliyyələşdirilməsində ittiham olunurlar.

Ali Yerlikaya ölkə vətəndaşlarını əmin edib ki, onun rəhbərlik etdiyi nazirlik cinayətkarlıqla bundan sonra da mübarizə aparmaq əzmindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO