Rusiyada AN-2 təyyarəsi qəza enişi etdi: 4 yaralı var

Rusiyada AN-2 təyyarəsi qəza enişi etdi: 4 yaralı var

Hazırda oxunan: Rusiyada AN-2 təyyarəsi qəza enişi etdi: 4 yaralı var

218069

Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi teleqram kanalında məlumat yayıb. 

"Hadisə zamanı təyyarədə aralarında 8 yaşlı uşaq da olmaqla, doqquz nəfər olub. Dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur", - nazirlikdən bildirilib.

Hadisə yerində FHN-in 11 əməkdaşı və beş texnika işləyir.

Xatırladaq ki, ötən gün Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib. Hadisə zamanı 3 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO