Misirdən TƏKLİF: Qəzzada ikigünlük atəşkəs olacaq?

Misirdən TƏKLİF: Qəzzada ikigünlük atəşkəs olacaq?

Hazırda oxunan: Misirdən TƏKLİF: Qəzzada ikigünlük atəşkəs olacaq?

218056

Misir əvvəlcə Qəzza zolağında müvəqqəti atəşkəs sazişi bağlamağı və anklavda tam atəşkəsə keçməzdən əvvəl bir neçə girovu azad etməyi təklif edib.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə əlcəzairli həmkarı Abdelmacid Tebbun ilə keçirdiyi mətbuat konfransında deyib.

“Misir son günlərdə müvəqqəti atəşkəs və dörd girovun İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi təşəbbüsünü təşviq etmək üçün fəal səylər göstərir...

Müvəqqəti razılaşma əldə edildikdən sonra Qəzzada uzunmüddətli atəşkəsə keçidlə bağlı 10 gün ərzində məsləhətləşmələr aparılmalıdır”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO