Oktyabrın 28-də BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə bağlı iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə dünya təşkilatındakı mənbə bildirib.
"Oktyabrın 28-də saat 15:00-da İran İslam Respublikasının xahişi ilə Əlcəzair, Çin və Rusiya Federasiyasının dəstəyi ilə Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası keçiriləcək", - deyə bildirilib.
Qeyd edək ki, ötən gün İranın BMT-dəki daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının sədri qismində olan İsveçrədən İsrailin hücumu ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş edib.
Bundan əlavə, İran missiyası BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasını qəti mövqe nümayiş etdirməyə və İsrailin hücumunu qəti və birmənalı şəkildə pisləməyə çağırıb.
Bizim.Media