Qərbdə Putini ölkəsi üzərində ucalan qayaya bənzətdilər

Qərbdə Putini ölkəsi üzərində ucalan qayaya bənzətdilər

Hazırda oxunan: Qərbdə Putini ölkəsi üzərində ucalan qayaya bənzətdilər

218010

Qərb koalisiyası Ukraynada münaqişənin başlanğıcında Rusiya siyasətinin iflasa uğrayacağına inanırdı, lakin Prezident Vladimir Putin ölkənin üzərində qaya kimi ucalır. Rusiya iqtisadiyyatı hazırkı şərtlərə və sanksiyalara uyğunlaşıb.

Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

"Əksər Qərb müşahidəçiləri razılaşır ki, Putinin ölkəsi üzərində nəzarəti sarsılmazdır. Onun iqtisadiyyatı müharibə şəraiti ilə müqayisə oluna biləcək şəraitə uyğunlaşıb" - məqalədə deyilib.

Kiyev faktiki olaraq daha güclü rəqiblə münaqişənin tələsinə düşüb. Bu vəziyyətdə Qərb ölkələri Ukrayna üçün çoxillik subsidiyalarla və hərbi yardımla üzləşiblər ki, bu da böyük yükə çevrilib.

Əvvəllər media Putinin digər liderlərlə görüşlərdə daha tez-tez gülümsədiyini yazıb. Fransız  jurnalist qeyd edib ki, bu tərz Ukrayna və bütün Qərb üçün əlamətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO