Özbəkistanda bu gün parlament seçkiləri keçirilir.
Bizim.Media xəbər verir ki, prezident Şavkat Mirziyoyev seçki məntəqəsinə gələrək səs verib.
Bu barədə görüntüləri Özbəkistana məxsus Telegram kanalları yazıb.
Mənbə qeyd edir ki, ölkədə ilk dəfə seçicilər qarışıq sistemlə deputat seçirlər. Səslər həm beş partiyaya, həm də təkmandatlı dairələrdə konkret namizədlərə verilir.
Ümumilikdə səsvermə təxminən 11 min seçki məntəqəsində keçiriləcək. Xaricdə yaşayan vətəndaşlar üçün 40 ölkədə 50 məntəqə təşkil edilib.
Partiya siyahıları və təkmandatlı dairələr üzrə 150 yer uğrunda 875 namizəd mübarizə aparır. Onlar yarıbayarı majoritar və proporsional sistemlər üzrə seçiləcək.
Bizim.Media