Ukrayna əhalisi 2022-ci ilin fevralından bəri on milyondan çox azalıb.
Bizim.Media xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının sözçüsü Florens Bauer Cenevrədə keçirdiyi brifinqdə deyib.
BMT-nin Əhali Fondunun Şərqi Avropa üzrə regional direktoru əlavə edib ki, söhbət "insan kapitalında böyük azalma"dan gedir ki, bu da "Ukraynanın gələcəkdə bərpası üçün əsas elementi" təmsil edir.
Bauer vurğulayıb ki, Ukrayna hələ münaqişədən əvvəl də əhalinin xaricə axını ilə üzləşib. O, dəqiqləşdirib ki, ukraynalılar "başqa imkanlar axtarışında" ölkəni tərk edirlər.
"Əhali qocalırdı, onun ümumi sayı isə azalırdı" deyən Bauer, xüsusilə Ukraynanın ən aşağı doğum nisbətlərindən birinə sahib olduğunu qeyd edib.
Bizim.Media