Tramp söz verdi: Ordunu ölkə xaricində döyüşməyə göndərməyəcək

Tramp söz verdi: Ordunu ölkə xaricində döyüşməyə göndərməyəcək

Hazırda oxunan: Tramp söz verdi: Ordunu ölkə xaricində döyüşməyə göndərməyəcək

217969

ABŞ-da prezidentliyə namizəd Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə qoşunları xarici ölkələrdəki münaqişələrdə iştirak etmək üçün göndərməyəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, o, bunu Pensilvaniya ştatının Dövlət Kollecində tərəfdarları ilə görüşü zamanı qeyd edib.

"Mənim rəhbərliyim altında Birləşmiş Ştatlar müharibə aparmayıb. Biz güc yolu ilə sülhə nail olduq, bu, çox önəmlidir. Siz heç vaxt eşitmədiyiniz bir ölkə uğruna uşaqlarınızı müharibəyə göndərməməlisiniz. Mən sizi sonsuz və mənasız xarici müharibələrdə döyüşməyə göndərməyəcəyəm” – deyə o vurğulayıb.

Tramp bildirib ki, Demokratların namizədi Kamala Harris qalib gəlsə, amerikalılar xarici münaqişələrə cəlb olunacaqlar.

"O, bizi üçüncü dünya müharibəsinə sürükləyəcək, çünki çox bacarıqsızdır. Çin prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, KXDR lideri Kim Çen In ilə bacarmayacaq. Nəticədə oğullarınız və qızlarınız heç eşitmədiyiniz bir ölkədə döyüşə göndəriləcək, düşmənlərimiz ona və bizə gülürlər,” – deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO