İsrail ordusuna məxsus qırıcılar Tehranın cənubundakı MIM-23 HAWK HHM sistemini vurub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Həmçinin İsrailin hücumu zamanı İranın şərqindəki Semnan əyalətinin Şahrud şəhərində güclü partlayış olub. Ərazidə İranın kosmik araşdırma stansiyası və onunla əlaqəli obyektlərin yerləşdiyi bilinir.
Qeyd edək ki, ötən gecə İsrail Ordusu İrandakı hərbi obyektlərə hücum edib. İsrail Müdafiə Nazirliyi bildirib ki, hava qüvvələri Tehranın İsrailə atdığı raketlərin istehsalı üçün istifadə edilən zavodlara zərbələr endirib.
Bizim.Media