Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 97%-i sayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, hakim “Gürcü arzusu” 53,028 faiz səs toplayıb.
Müxalifət toplam 38% səs yığıb.
***21:48
Gürcüstanda seçkilər sakit və təhlükəsiz keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, Gürcüstanda seçkilərdə iştirak 58,94% təşkil edib.
Məlumata görə, seçki məntəqələrinin 70,9%-nin bülletenlərinin emalının nəticələrinə əsasən, hakim “Gürcü arzusu” partiyası 53% səs toplayıb.
Həmçinin ilkin nəticələrə əsasən, “Dəyişiklik Koalisiyası” - 11,19%, “Birlik - milli hərəkat” - 9,79%, “Güclü Gürcüstan” - 9,05%, “Qaxariya - Gürcüstan üçün” - 8,26% səs toplayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:46 / 26.10.2024
Gürcüstan MSK: “Gürcü arzusu” 53,028 faiz səs toplayıb - YENİLƏNİB
Hazırda oxunan: Gürcüstan MSK: “Gürcü arzusu” 53,028 faiz səs toplayıb - YENİLƏNİB
Hazırda oxunan: Gürcüstan MSK: “Gürcü arzusu” 53,028 faiz səs toplayıb - YENİLƏNİB
217935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.