Gürcüstanda keçirilən parlament seçkilərinin ilk “Exit poll” nəticələri açıqlanıb.
Bizim.Media xəbər verir ki, dünyaca məşhur “Edisson Research” şirkətinin keçirdiyi “exit-poll”un məlumatları elan edilib.
Sorğuların nəticəsinə əsasən, “Gürcü arzusu” cəmi 40% səs toplayıb.
Saakaşvilinin koalisiyası - 16,7, Müxalifət Alyansı Melia - 16,7, Müxalif Qaxariya Alyansı - 8,5 faiz toplayıb.
Hökumətə məxsus “Gorbi”nin "exit-poll" nəticələrinə əsasən isə “Gürcü arzusu”: 56,1%, Saakaşvilinin koalisiyası - 11,6, Müxalifət Alyansı, Melia - 7%, “Güclü Gürcüstan” müxalifət alyansı: 7% səs toplayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.
Hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze seçkinin nəticələrinə əsasən qələbə elan edib. Seçkinin nəticələri hələ rəsmi olaraq açıqlanmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:04 / 26.10.2024
Gürcüstandakı seçkilərin ilk “Exit poll” nəticələri AÇIQLANDI - VİDEO
Hazırda oxunan: Gürcüstandakı seçkilərin ilk “Exit poll” nəticələri AÇIQLANDI - VİDEO
Hazırda oxunan: Gürcüstandakı seçkilərin ilk “Exit poll” nəticələri AÇIQLANDI - VİDEO
217923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.