Gürcüstanda seçki zamanı qanun pozuntuları AŞKARLANIB - VİDEO

Gürcüstanda seçki zamanı qanun pozuntuları AŞKARLANIB - VİDEO

Hazırda oxunan: Gürcüstanda seçki zamanı qanun pozuntuları AŞKARLANIB - VİDEO

217898

Xarici müşahidəçilər Gürcüstanda seçkilər zamanı qanun pozuntularının olduğunu açıqlayıblar.

Bizim.Media xəbər verir ki, həmçinin yerli təşkilatlar seçki məntəqələrinin gec açıldığını, avadanlıqların nasaz olduğunu və hər seçiciyə iki seçki bülleteni verildiyini bildiriblər.

Aşkar edilmiş qanun pozuntuları arasında seçicilərə kabinələrdə köməklik göstərilməsi və 3 rüşvət faktı var.

Qeyd edək ki, həmçinin seçki zamanı bəzi məntəqələrdə seçicilər arasında dava düşüb.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO