Adnan Oktarın 2 milyard dollarlıq sərvəti DÖVLƏTƏ keçdi

Adnan Oktarın 2 milyard dollarlıq sərvəti DÖVLƏTƏ keçdi

Hazırda oxunan: Adnan Oktarın 2 milyard dollarlıq sərvəti DÖVLƏTƏ keçdi

217886

Türkiyədə Adnan Oktarın 2 milyard lirəlik sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə ilahiyyatçı və “hoca” kimi tanınan Adnanın 2 milyard dollar sərvətinin olduğu üzə çıxıb.

Maliyyə polisi təşkilata aid bankların, reyestr qeydlərinin və iş yerlərinin dəyərini hesablayarkən, təşkilatın 1 milyard dollarlıq sərvət idarə etdiyi bəlli olub.

O, məhkəmə dindirməsi zamanı aylıq 3 min 500 lirə gəliri olduğunu iddia edib.

Halbuki MASAK-ın hesabatında Oktarın ümumi sərvəti 200 milyon dollar kimi qiymətləndirilib.

Xatırladaq ki, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə 8 min 463 il 4 ay həbs cəzası verilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO