“Divara yapışdırılmış banan” əsəri yenidən satışa çıxarılır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, italyan rəssam Mauritsio Katelanın müzakirələrə səbəb olan əsərinin 1 milyon dollara satılacağı proqnozlaşdırılıb.
Rəssamın 2019-cu ildə ABŞ-ın Florida ştatının Mayami-Biçdə keçirilən “Art Basel” sərgisində “Comedian”adlandırılan skotçla divara yapışdırılmış banan incəsənət nümunəsi 120 min dollara satılıb.
Əsər təqdim olunandan ətrafında gedən müzakirələr bitmirdi. ABŞ-da yaşayan gürcüstanlı sənətçi David Datuna əsəri divardan qopararaq yemişdi. Ondan heç bir şikayət olmasa da əsər divardan götürülmüşdü. David Datuna isə bunun vandalizm olmadığını, rəssamın anlayışını, konseptini yediyini qeyd edib.
Xatırladaq ki, Katelan daha əvvəl “qızıl unitaz” işini təqdim edib. Onun həmin əsəri də ekspozisiyadan oğurlanmışdı.
Günay Şahmar, Bizim.Media