Şolts: "Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, heç kim bu münaqişəyə göz yuma bilməz”

Şolts: "Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, heç kim bu münaqişəyə göz yuma bilməz”

Hazırda oxunan: Şolts: "Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, heç kim bu münaqişəyə göz yuma bilməz”

217810

“Berlin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Uzun müddətdir davam edən və çoxlu qurbanlar verən bu müharibə sonlanmalı və nəhayət, Ukraynanın bütövlüyü və suverenliyi qorunmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya hökumətinin başçısı Olaf Şolts oktyabrın 25-də Yeni Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında bildirib.

Almaniya kansleri Olaf Şolts Ukraynadakı müharibənin həllində Hindistanın vasitəçiliyini müdafiə edib: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Almaniya və Hindistana bir çox cəhətdən təsir edir. Heç kim bu münaqişəyə göz yuma bilməz. Buna görə də mən Hindistanın davamlı və ədalətli sülhə sadiqliyini qətiyyətlə dəstəkləyirəm”.

O əlavə edib ki, Almaniya Hindistanın "münaqişənin siyasi həllinə töhfə vermək üçün bütün tərəflərlə güclü əlaqələrdən istifadə etmək" istəyini alqışlayır.

Qeyd edək ki, Olaf Şolts ötən gün ZDF televiziyasına müsahibəsində Ukraynanı müdafiə etsə də, Kiyevin NATO-ya qəbul olunmasına ehtiyac olmadığını açıqlayıb və bunu ölkədə gedən müharibə ilə əlaqələndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO