BMT Təhlükəsizlik Şurası ötən gün Ankarada törədilən terror aktını kəskin şəkildə pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT TŞ bəyanat yayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO
Bəyanata əsasən, hücuma görə məsuliyyət daşıyanlar, həmçinin hücumu maliyyələşdirən və dəstəkləyənlər məsuliyyətə cəlb edilməlidirlər.
Qeyd edək ki, oktyabrın 23-də Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib. Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib, biri isə özünü partladıb.
Bizim.Media