Axşam saatlarında Kazanda keçirilən BRICS sammitindən yarımçıq qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, iclas İstanbulda Atatürk Hava Limanında baş tutacaq.
Toplantının əsas mövzusu Türkiyə Aerokosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan rayonundakı obyektlərinə edilən terror aktı olacaq.
Qeyd edək ki, ötən gün Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib. Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib, biri isə özünü partladıb.
Bizim.Media