Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında antiterror əməliyyatı keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində 59 terrorçu öldürülüb, terrorçuların 47 mövqeyi dağıdılıb.
Xatırladaq ki, ötən gün Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib. Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib, biri isə özünü partladıb.
Bizim.Media