Ankara şəhərində, TUSAŞ aerokosmik təşkilata qarşı törədilən terror aktından sonra Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraqın şimalında PKK terrorçularının hədəflərini məhv edib.
MÖVZU İLƏ BAĞLI:
Ankara şəhidlərinin kimliyi bəlli oldu - FOTO
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "TRT Haber" yayıb.
Əməliyyatlarda MİT Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektlərini, logistika və sursat anbarlarını və bir çox strateji nöqtələrini hədəfə alıb.
Qurum qeyd edib ki, terror təşkilatı PKK/YPG-yə qarşı planlaşdırılan əməliyyatlar fasiləsiz davam etdirəcək.
Xatırladaq ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.
Bizim.Media