Moskvanın Şimal İnzibati Dairəsinin Aeroport rayonunda, keçmiş Bakı kinoteatrının binasında Görüş Yeri Bakı regional mərkəzi açılıb.
Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının Şəhərsalma siyasəti departamentinin mətbuat xidməti məlumat yayıb.
Moskva Hökumətinin naziri, Moskva şəhərsalma siyasəti departamentinin rəhbəri Vladislav Ovçinskinin qeyd edib ki, burada sakinlər üçün müxtəlif mühazirələr oxunacaq, ustad dərsləri, xoreoqrafiya, vokal, şahmat və digər istiqamətlər üzrə dərslər keçiriləcək.
“Yenilənmiş binanın sahəsi 13 min kvadratmetrdən çoxdur. Mərkəz dördmərtəbəlidir. Noyabrda burada moskvalılar üçün çoxfunksiyalı və mədəni-istirahət mərkəzinin açılması planlaşdırılır, burada onlar müxtəlif mühazirələr, ustad dərsləri, xoreoqrafiya, vokal, şahmat və digər istiqamətlər üzrə dərslərdə iştirak edə biləcəklər”, - deyə V.Ovçinski bildirib.
Xatırladaq ki, Bakı kinoteatrı 1974-cü ildə tikilib. Binanın dizaynında ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:55 / 24.10.2024
Moskvada Görüş Yeri Bakı mərkəzi açıldı
Hazırda oxunan: Moskvada Görüş Yeri Bakı mərkəzi açıldı
Hazırda oxunan: Moskvada Görüş Yeri Bakı mərkəzi açıldı
217529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.