Türkiyədəki terror aktını törədənlərin KİMLİYİ bilindi

Türkiyədəki terror aktını törədənlərin KİMLİYİ bilindi

Hazırda oxunan: Türkiyədəki terror aktını törədənlərin KİMLİYİ bilindi

217489

Ankarada TUSAŞ aerokosmik şirkətində törədilən terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında məlumat verib.

“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik və edilənlərin acısını ikiqat artıracağıq, bunu hamı görəcək.”, - deyə Y. Gülər qeyd edib.

Xatırladaq ki, dünən Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib.

Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib.

Türkiyənin Daxili İşlər Nazirliyi Əli Yerlikaya deyib ki, yaralananlardan 3-ü xəstəxanadan buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO