SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO

SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Ankarada aerokosmik şirkətinin yaxınlığında terror aktı - VİDEO

217444

Ankarada terror aktı baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
 

Mənbə qeyd edir ki, Türkiyənin paytaxtında TUSAŞ aerokosmik şirkətinin binası yaxınlığında atışma səsləri eşidilir.

 

Hücum edənlər nəzarət-buraxılış məntəqəsindən keçərək obyektə daxil olmağa çalışıblar, lakin təhlükəsizlik əməkdaşlarının müqaviməti ilə qarşılaşıblar, bundan sonra atışma və partlayış səsi eşidilib. Hadisə yerinə xüsusi təyinatlılar gəlib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya terror aktının Ankaradakı TUSAŞ obyektlərinə qarşı törədildiyini bildirib. Onun sözlərinə görə, ölən və yaralananlar var.

Xatırladaq ki, TUSAŞ aerokosmik şirkəti hərbi təyyarə və kosmik avadanlığı istehsal edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO