BMT-nin baş katibi Antonio Quterreş BRİCS sammitində iştirak etmək üçün Kazana gəlib. Ukrayna tərəfi bu məsələ ilə bağlı narazılığını bildirib.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosuna açıqlamasında bu narazılığı şərh edib.
Ukrayna Xarici İşlər Nazirliyi Quterreşdən Rusiya Federasiyasına səfərdən çəkinməyi tələb edib. Diplomatlar hesab edirlər ki, baş katib səhv seçim edib, bu, "sülhün bərqərar olmasına" töhfə verməyəcək və "BMT-nin nüfuzuna" xələl gətirəcək.
Zaxarova xatırladıb ki, Quterreş dünyanı gəzmək və bütün siyasətçilərlə ünsiyyət qurmaq hüququna malikdir. Ukrayna isə öz iradəsini BMT-yə diktə etməyə çalışır.
"Hamımıza toplaşmamağı, görüşməməyi, məsələləri müzakirə etməməyi söyləməyə nə haqqınız var?" – Zaxarova ritorik sual verib.
O əlavə edib ki, BMT öz himayəsini, emblematikasını və simvolikasını heç kimə verməyib. Baş katib isə, sadəcə Rusiyanın verdiyi dəvəti qəbul edib.
"Kiyev rejimi üçün bu, isterika səbəbidir" - diplomat bildirib.
Bundan əvvəl Quterreş qeyd etmişdi ki, BRİCS BMT-nin işi üçün vacibdir. Onun sammitə səfəri standart təcrübədir. O, Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərq böhranını və Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək.
Bizim.Media