Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın Kazan şəhərinə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri RİA Novosti" agentliyi yayıb.
Mənbə qeyd edir ki, Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.
Ərdoğanı Kazan aeroportunda Tatarıstan Rəisi Rüstəm Minnixanov qarşılayıb.
Xatırladaq ki, Ərdoğan səfər çərçivəsində BRICS sammitində iştirak edəcək, eləcə də tədbirə qatılan bir sıra hökumət və dövlət başçıları ilə görüşlər keçirəcək.
Bizim.Media