Rusiya dollarla mübarizə aparmır və ya ondan imtina etmir.
Bizim.Media xəbər verir ki, bunu Tatarıstanın paytaxtı Kazan şəhərində BRICS-in XVI sammitinin geniş tərkibində çıxış edərkən Rusiya prezidenti Vladimir Putin deyib.
“Ancaq bunu biz etmirik, başqaları edir. Biz dollardan imtina etmirik, onunla mübarizə aparmırıq. Bizə işləməyə icazə verilmirsə, onda nə etməliyik? Deməli başqa alternativlər axtarmağa məcbur oluruq”, deyə o, qeyd edib.
Putin bildirib ki, BRİCS ölkələri Kazan sammitinin yekunu üzrə bəyannamə qəbul ediblər:
"Birgə sənəd kimi bu, BMT-yə göndəriləcək".
Bizim.Media