Ukrayna prezidenti Volodimir Zelenski ilin sonuna qədər müttəfiqlərinin deyil, Ukraynanın özünün nə etməli olduğu barədə olan başqa bir “müharibə planı”nın hazırlanmasını əmr edib.
Bizim.Media xəbər verir ki, bu barədə BBC-Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiya ilə müharibənin üçüncü ilində bu planın həyata keçirilməsi Ukraynanın ayaqda qalmasına imkan verməlidir. Bu, hərbi-sənaye kompleksi, müdafiə, iqtisadiyyat, sosial siyasət və s. sahələri əhatə edir.
"Məqsəd birliyi qorumaq və ölkənin inkişafının müxtəlif sahələrində nəticələr əldə etmək üçün mümkün olan hər şeyi etməkdir", - mənbə deyir.
Xatırladaq ki, Zelenskinin daha əvvəl təqdim etdiyi “qələbə planı” Qərb üçün tələblər toplusudur - Ukraynanı NATO-ya dəvət etmək, “uzaq mənzilli” sistemlərdən istifadəyə icazə vermək, investisiya qoymaq və qeyri-nüvə müdafiəsi paketi təklif etmək.
Bizim.Media