Blinken İsrailə getdi - Qəzza zolağında müharibə dayandırılacaqmı?

Blinken İsrailə getdi - Qəzza zolağında müharibə dayandırılacaqmı?

Hazırda oxunan: Blinken İsrailə getdi - Qəzza zolağında müharibə dayandırılacaqmı?

217234

ABŞ-ın Dövlət katibi Antoni Blinken İsrailə növbəti dəfə səfər edib. Bu, 2023-cü il oktyabrın 7-də bölgədə vəziyyətin gərginləşməsindən sonra onun Yaxın Şərqə 11-ci səfəridir.

Bizim.Media xəbər verir ki, “Ynet” portalının yaydığı məlumata görə, Blinkenin İsraildə Baş nazir Benyamin Netanyahu və Prezident İsxak Hersoqla görüşləri nəzərdə tutulub.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu ərəfədə bildirib ki, Blinkenin Yaxın Şərq turu oktyabrın 21-dən 25-dək davam edəcək. Dövlət katibi səfər samanı Qəzza zolağında müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin İsrail ilə “Hizbullah” arasında münaqişənin diplomatik həllinin zəruriliyini müzakirə etmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO