Bu gün, oktyabrın 22-də Rusiyanın Kazan şəhərində BRICS sammiti başlayır.
Bizim.Media “Tatar-info” elektron nəsrinə istinadən xəbər verir ki, Tatarıstan paytaxtında üç gün davam edəcək BRICS sammiti qeyri-rəsmi nahara gələn iştirakçı dövlətlərin nümayəndə heyətlərinin başçılarının qarşılanma mərasimi ilə başlayacaq.
Rusiya Prezidenti Vladimir Putinin BRICS-in maliyyə qurumu olan Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff, Hindistanın Baş naziri Narendra Modi, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşləri planlaşdırılır.
Bir gün əvvəl, oktyabrın 21-də Braziliyanın xarici işlər naziri Mauro Luis Vieyra, Venesuelanın vitse-prezidenti Delsi Rodriges və Şri-Lanka xarici işlər nazirinin müavini Aruni Vijevardane Tatarıstanın paytaxtına gəliblər.
Kazan sammiti 33 dövlətin nümayəndələrinin iştirak edəcəyi assosiasiya üzvlərinin sayca 16-cı tədbirdir. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika tərəfindən təsis edilən BRICS-ə daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya qoşulub. 2024-cü ildə bu təşkilatda sədrlik Rusiyaya keçib.
BRICS sammitinin gündəliyi təşkilatın bütün digər üzvlərinin maraqlarının üst-üstə düşdüyü iqtisadi məsələlərlə zəngindir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:45 / 22.10.2024
Rusiyanın Kazan şəhərində BRICS sammiti başlayır
Hazırda oxunan: Rusiyanın Kazan şəhərində BRICS sammiti başlayır
Hazırda oxunan: Rusiyanın Kazan şəhərində BRICS sammiti başlayır
217209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.