Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Rusiyaya rəsmi səfər edəcək.
Bizim.Media xəbər verir ki, Türkiyə prezidenti Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək.
O, rusiyalı həmkarı Vladimir Putin ilə Türkiyədə qaz qovşağının yaradılması layihəsini müzakirə edəcək.
Xatırladaq ki, BRİCS-in növbəti sammiti oktyabrın 22-24-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
Bizim.Media