Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyik.
Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə Belqradın işğaldan azad edilməsinin 80 illiyi münasibətilə telefon danışığı zamanı bildirib.
“Vladimir Putinlə söhbət əsnasında iki il yarım əvvəl olduğu kimi indi də Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini dedim.
Həmçinin ölkəmizin BMT-də səylərini və Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Rusiya Prezidentinə minnətdarlığımı bildirdim. Biz bütün mühüm ikitərəfli və iqtisadi məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
İnanıram ki, bu, Serbiya-Rusiya münasibətlərinin daha da inkişafına töhfə verəcək və biz nəinki bir-birimizə kömək edə bilərik, həm də xalqlarımız və ölkələrimiz arasında etimadı inkişaf etdirə biləcəyik”, - deyə Serbiya Prezidenti əlavə edib.
Bizim.Media