“Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək” - “Megaupload” şəbəkəsinin yaradıcısı

“Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək” - “Megaupload” şəbəkəsinin yaradıcısı

Hazırda oxunan: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək” - “Megaupload” şəbəkəsinin yaradıcısı

216971

“Megaupload” şəbəkəsinin yaradıcısı Kim Dotcom hesab edir ki, Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, X (keçmiş Twitter) sosial platformasının sonu çatacaq.

Bizim.Media xəbər verir ki, Dotcom bu barədə X-də yazıb.

O bildirib ki, Kamala qalib gəlsə, X öləcək.

Qeyd edək ki, X-in sahibi İlon Mask daha əvvəl Harrisin qələbəsinin ABŞ-da media senzurasının ciddi şəkildə sərtləşdirəcəyini irəli sürmüşdü.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş prezident Donald Tramp, Demokratlar Partiyasını isə ölkənin hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO