Qarabağdakı vəziyyət ABŞ və Rusiyanın marağında - Reykjavikdə nədən danışdılar?

Qarabağdakı vəziyyət ABŞ və Rusiyanın marağında - Reykjavikdə nədən danışdılar?

Hazırda oxunan: Qarabağdakı vəziyyət ABŞ və Rusiyanın marağında - Reykjavikdə nədən danışdılar?

21696

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Entoni Blinken çərşənbə günü Suriya böhranı ətrafındakı vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllini müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın Arktik Şurasının Reykjavikdəki nazirlər iclası kənarında baş tutan və təxminən iki saat davam edən danışıqlardan sonra yayılmış yazılı açıqlamasında deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanla Ermənistan sərhədində baş verənlər yeni müharibəyə səbəb ola bilər” – Elxan Şahinoğlu


"Dövlət katibi Suriya xalqı üçün humanitar yardımın təcili olaraq təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəflər, həmçinin regional məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasındakı münaqişənin uzunmüddətli siyasi həll yollarının axtarılmasını müzakirə ediblər". Press relizdə belə deyilir.

Strateji sabitlik, İran, KXDR və Əfqanıstanın nüvə proqramlarının məhdudlaşdırılması məsələləri də müzakirə predmeti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO