Tramp: "Netanyahu mənə dedi ki, Baydenə qulaq asmır"

Tramp: "Netanyahu mənə dedi ki, Baydenə qulaq asmır"

Hazırda oxunan: Tramp: "Netanyahu mənə dedi ki, Baydenə qulaq asmır"

216936

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı İsrailin baş naziri Benyamin Netanyahunun telefon zəngi barədə danışıb.

Bizim.Media xəbər verir ki, Trampın sözlərinə görə, İsrailin baş naziri Amerika lideri Co Bayden və onun administrasiyasının göstərişlərinə məhəl qoymur.

O, İsrailin baş nazirinin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisdən ağıllı olduğunu deyib.

Benyamin Netanyahunun dəftərxanası bildirib ki, siyasətçilər arasında söhbət “Hizbullah”ın İsrail baş nazirinin Qeysəriyyədəki iqamətgahına hücumundan sonra baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO