İsrail Təhlükəsizlik Kabineti oktyabrın 20-si axşam saatlarında iclas keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "The Jerusalem Post" qəzeti yayıb.
Mənbə qeyd edir ki, nazirlər yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 20:30-da) Təl-Əvivdə toplanacaq.
Bildirilir ki, iclasın gündəliyindəki məsələlərdən birinin İrana cavab zərbəsi olacağı gözlənilir.
Xatırladaq ki, oktyabrın 1-də axşam saatlarında İran Fələstinin HƏMAS hərəkatı, Livanın Hizbullah təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusu liderlərinin öldürülməsinə cavab olaraq İsrail ərazisinə iri raket zərbələri endirib.
Bizim.Media