İsrail Baş nazir Binyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahına edilən hücuma cavab verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Netanyahunun evi PUA-larla vuruldu - ANBAAN VİDEO
O, qeyd edib ki, İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır, çünki İsrailə qarşı çıxan Livanın “Hizbullah” qruplaşmasını dəstəkləyir.
Xatırladaq ki, oktyabrın 19-da “Hizbullah” İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki şəxsi iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində xəsarət alan olmayıb. Baş nazir və həyat yoldaşı Sara hücum vaxtı iqamətgahda olmayıb.
Bizim.Media