İsrail Netanyahunun evinə hücumdan sonra bəzi hökumət rəsmilərinin mühafizəsini gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Netanyahunun evi PUA-larla vuruldu - ANBAAN VİDEO
Qeyd olunur ki, təhlükəsizlik xidmətləri dövlət məmurlarının mühafizəsi ilə bağlı sayıqlığı artırıb və təhlükəsizlik blokuna daxil olmayan şəxslərinsə səyahət təlimatlarını sərtləşdirib.
Xatırladaq ki, bu gün Netanyahunun Qeysəriyyədəki evinə pilotsuz uçuş aparatı ilə hücum olub.
İnsident zamanı baş nazir və həyatt yoldaşı evdə olmayıb. Can itkisi qeydə alınmayıb.
Günün əvvəlində İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Livandan İsrail ərazisinə üç pilotsuz uçuş aparatının buraxıldığını, onlardan ikisinin tutulduğunu, digərinin isə Qeysəriyyə bölgəsində binaya çırpıldığını bildirib.
Rəna, Bizim.Media