"Netanyahu İranı müharibəyə çəkir" - Hakan Fidan

"Netanyahu İranı müharibəyə çəkir" - Hakan Fidan

Hazırda oxunan: "Netanyahu İranı müharibəyə çəkir" - Hakan Fidan

216800

"Türkiyə regionda müharibə istəmir”.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda iranlı həmkarı Abbas Ərakçi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Müharibənin bütün regiona yayılma riskini gözardı etmək olmaz. Biz regionumuzda müharibə istəmirik. Mövcud gərginliyi azaltmaq üçün Qəzzada atəşkəs rejiminin tətbiqi təcilidir. İsrail Livana hücumlarını dayandırmalıdır”- deyə Fidan bildirib.

Nazir İsrail baş naziri Netanyahunun davamlı olaraq bölgədə yeni cəbhələr açdığını vurğulayıb:

"İranı bu müharibəyə cəlb etməyə çalışır. İsrailin təcavüzkar davranışları İranı özünümüdafiə istiqamətində addımlar atmağa məcbur edir".

Rəna. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO