“Gürcü arzu”su seçkilərdə QALİB GƏLƏRSƏ... – Regionda hansı yeniliklər GÖZLƏNİLİR?

“Gürcü arzu”su seçkilərdə QALİB GƏLƏRSƏ... – Regionda hansı yeniliklər GÖZLƏNİLİR?

Hazırda oxunan: “Gürcü arzu”su seçkilərdə QALİB GƏLƏRSƏ... – Regionda hansı yeniliklər GÖZLƏNİLİR?

216692

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Əsas mübarizənin hakim “Gürcü arzusu” partiyası ilə müxalif Vahid Milli Hərəkat Partiyası gedəcəyi birmənalıdır. Müxalifət qərbyönümlü siyasətin yürüdülməsinin tərəfdarıdır. “Gürcü arzusu” partiyası isə xarici agentlər və bir sıra digər qanunlar qəbul etməklə Qərblə münasibətlərin kəskinləşməsinə səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin TƏXRİBAT HAZIRLIĞI – Gürcüstanla bağlı hansı planlar qurulur?


Bu fonda Qərb Gürcüstana bir sıra sanksiyalar tətbiq edib. Bir sıra ekspertlər düşünür ki, seçkilər gərgin şəraitdə keçəcək. Prosesin gedişi belə deməyə əsas verir ki, Qərbdən dəstək alan müxalifət seçkidən sonra stabilliyi pozmaq üçün müəyyən qarşıdurmalara gedə bilər.

Bu mənada hakim partiyanın qələbəsi isə həm Gürcüstan daxilində, həm də bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyin əldə edilməsinə müsbət töhfələr verə bilər.

Görəsən, “Gürcü arzusu”nun qələbəsi Cənubi Qafqaz üçün hansı müsbət yeniliklərə yol açacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, regionda ümumi sülhün əldə olunması və sabitliyin qorunmasında Gürcüstanda keçiriləcək seçkilər mühüm rol oynaya bilər:

“Azərbaycan 44 günlük müharibə nəticəsində bütövlükdə Cənubi Qafqazda ilk dəfə olaraq sülhün əldə olunması üçün real şərtlər formalaşdırdı. Belə bir vəziyyətdə qonşu və dost Gürcüstanda sabitliyin olması da bütövlükdə region ölkələrinin hər birinin marağına cavab verir.

Nəticə etibarı ilə bu kiçik regionda iqtisadiyyatın inkişafı, kommunikasiyaların açılması, regiona ümumi rifahın gəlməsi, təhlükəsizliyin təmin olunması üçün sülhün olması vacibdir. Ona görə də ümumi sülhün əldə olunması və sabitliyin qorunması həm də oktyabrın 26-da Gürcüstanda keçiriləcək seçkilərdən asılıdır. Aparılan rəy sorğuları göstərir ki, Gürcüstan seçicilərinin 60 faizi hakim “Gürcü Arzusu” partiyasına səs verəcək”.


Bu da deputatın fikrincə, kifayət qədər yaxşı göstəricidir:

“Əlbəttə ki, qonşu gürcü xalqının əksəriyyətinin iradəsinin demokratik yolla realizə olunması çox mühümdür. Çünki nəticə etibarı ilə əksəriyyətin mövqeyi həm də sabitliyin qorunması deməkdir.

Ümid edirik ki, Gürcüstan xalqı sabitliyə, təhlükəsizliyə, regional inteqrasiyaya səs verəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO